Slimfit
  1. ARAŞDIRMA

Pul insanı xoşbəxt edirmiş - araşdırmalar bunu deyir

Pul insanı xoşbəxt edirmiş - araşdırmalar bunu deyir
Sakura

Bu gün pul xoşbəxtlik səviyyəsinə daha çox təsir edir, nəinki 40 il əvvəl.

Amerikada aparılan  tədqiqatçılar göstərib ki, gəliri yüksəldikcə  insan daha xoşbəxt olur. Üstəlik, zaman keçdikcə bu tendensiya güclənir.  Günümüzdə  insanın emosional vəziyyəti puldan daha çox  asılıdır,  nəinki  40 il bundan əvvəl.

Ens.az saytı bildirir ki, “ Emotions” (Emosiyalar) jurnalında dərc olunan yeni araşdırmanın müəllifləri 30 yaşlarında 40.000 amerikalı arasında sorğu keçiriblər.  Məlumat 1972-ci ildən 2016-cı ilə qədər olan dövrü əhatə edib.  Psixoloqlar gəlir və xoşbəxtlik arasındakı əlaqəni nəinki təsdiqləyib, həm də onun zaman keçdikcə dəyişdiyini təsbit edib: bu gün pul xoşbəxtlik səviyyəsinə daha çox təsir edir, nəinki 40 il əvvəl.

 Alimlər respondentləri maddi rifahı, təhsil səviyyələrini və dəri rənglərini nəzərə alaraq bir neçə qrupa ayırıblar.  1970-ci illərdə fərqli təhsil səviyyələri olan ağ dərili amerikalılar çox xoşbəxt olduqlarını bildirib. Onlar 40 % təşkil edir . Ancaq  2010-cu  ildə bir boşluq  yaranıb: ali təhsili olmayan "çox xoşbəxt" insanların sayı tədqiqat boyunca  aşağı enirdi və 2016-cı ildə cəmi 29% oldu.

 Daha yüksək elmi dərəcəsi və  yüksək gəliri olan xoşbəxt respondentlərin sayı 40% civarında  dəyişirdi.  Afrikalı amerikalılar üçün tendensiya fərqli olub: ali təhsili olmayan insanlar arasında xoşbəxtlik səviyyəsi sabit qaldı, ikinci qrupda isə durmadan artdı.  Beləliklə, 1970-ci illərdə müşahidə olunan kiçik boşluq 2010-cu illərdə daha da genişləndi.

 Bundan əlavə, müəlliflər, xoşbəxtlik səviyyəsinin  əvvəlki araşdırmaların iddia etdiyi  kimi müəyyən bir nöqtəyə qədər  deyil, artan gəlir ilə sabit şəkildə artdığını qeyd etdilər. Bu gün,  ildə 160.000 dollardan çox qazanan yetkin insanlar 115.000-160.000 $ arasında qazananlardan daha xoşbəxtdirlər.

 Şəkildə ağdərili amerikalılarda emosional rifah səviyyəsinin zamanla necə dəyişdiyi göstərilir.  Qırmızı xətt ali təhsilli insanları, çəhrayı xətt isə ali təhsili olmayanları göstərir. 

 Psixoloqlar belə tendensiyanın  bir neçə səbəbə görə yarana biləcəyini irəli sürüblər.  Birincisi, gəlirlərdə bərabərsizlik  artıb,  bu halda daha az insan orta təbəqəyə mənsub oldu.  Bu gün bir şirkətin orta statistik baş direktoru 271 tipik işçinin  maaşını alır ki, bu da 1978-ci ildəkindən 30 dəfə çoxdur.  Nəticələrə evlilik də təsir göstərə bilər: 40-50 il əvvəl onların səviyyəsi siniflər üzrə praktiki olaraq fərqlənmirdi, lakin bu gün daha yaxşı təhsili və daha yüksək gəliri olan insanların ailə qurma ehtimalı daha yüksəkdir və evli insanlar orta hesabla subay insanlardan daha xoşbəxtdirlər.

 Maddi rifahın insanın xoşbəxtliyinə təsir edib-etməməsi məsələsi mübahisəli olaraq qalır.  Bəzi tədqiqatlar gəlirin miqdarıyla emosional vəziyyətin yaxşılaşdığını təsdiqləyir.  PNAS jurnalında yayımlanan bir məqalə üçün, alimlər Gallup təşkilatı tərəfindən  450.000 amerikalı arasında aparılan araşdırmanın məlumatlarını təhlil edib. Onlar aydınlaşdırıblar ki, emosional rifah gəlirin artımıyla  yaxşılaşır, lakin  müəyyən bir səviyyəyə qədər.

 İllik qazanc 75.000 dolları ötdükdə,  artıq insanın əhval- ruhiyyəsinə  necəsə təsir etməyi dayandırır. Alimlər belə nəticəyə gəldilər ki, yüksək gəlir həyat məmnuniyyətini satın ala bilir, amma xoşbəxtliyi yox.  Pulun olmaması isə həm narazı, həm də aşağı emosional rifahla əlaqələndirilir.

Mənbə: naked-science.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR