Slimfit
  1. DÜNYA

PTC-nin direktoru: ABŞ “Huawei”i gəlir gətirməyən istehlakçı olaraq görür

PTC-nin direktoru: ABŞ “Huawei”i gəlir gətirməyən istehlakçı olaraq görür
Sakura

PTC-nin direktoru: ABŞ “Huawei”i gəlir gətirməyən istehlakçı olaraq görür

 

“Düşünmürəm ki, “Huawei” şirkətinə PTC (Parametric Technology Corporation) məhsullarından istifadə əngəlinin qoyulmasının kiməsə məntiqi bir faydası var” deyə bildirən PTC-nin direktoru Cim Heppelman daha sonra qeyd edib ki, “Prezident Trampın qəribə danşıqlar siyasəti var”.

PTC şirkətinin direktoru Cim Heppelman kampaniyasının proqram təminatından istifadəyə dair Çinin telekom nəhəngi “Huawei”-ə qoyulan qadağa ilə rəsmi ABŞ-ın heç nəyə nail olmadığını və onların bu yolla problemin çözüləcəyinə ümid etdiklərini bəyan edib.

Heppelman bu fikirləri çərşənbə axşamı Bostonda keçirilən “Sənayedə proqram təminatı” mövzulu ənənəvi “LiveWorx” tədbirinin mətbuat konfransında bildirib.

May ayında ABŞ Ticarət Nazirliyi milli təhlükəsizlik mövqeyindən çıxış edərək “Huawei”-ə ABŞ şirkətlərindən texnologiya alışını qadağan edib. Bu hadisədən sonra bir sıra ABŞ telekommunikasiya şirkətləri Çin kampaniyası ilə əməkdaşlığı dayandırıb.

“LiveWorx” tədbirində C.Heppelman “Huawei” şirkətini “böyük müştəri” adlandırsa da, o, Çin telekommunikasiya nəhəngindən konkret nə qədər gəlir əldə etdiklərini bildirməyib.

Daha sonra Heppelman embarqo siyasəti ilə bağlı mövcud məsələyə səbr ilə yanaşdığını deyərək qeyd etdi ki, Trampın qəribə danışıqlar siyasəti var:

“O, öncə yumruğunu masaya vurur, sonra danışır”.

Daha sonra o, “Düşünmürəm ki, bu olay indiki vəziyyətdə yekunlaşacaq, eyni zamanda, mən bu məsələnin necə və nə zaman bitəcəyini də söyləməyə çətinlik çəkirəm” deyə vurğuladı.

ABŞ hökumətinin Çin şirkətinə qarşı rəsmi embarqoları davam etdirəcəyinə işarə olaraq Donald Tramp bir neçə gün əvvəl etdiyi çıxışda “Huawei”-i milli təhlükəsizlik üçün təhlükə mənbəyi adlandırdı. O, eyni zamanda onu da vurğuladı ki, bu məsələni yalnız Çin tərəfi ilə rəsmi ticari danışıqları davam etdirərək həll etmək olar.

Heppelman bildirib ki, “Huawei” PTC-nin kompüter dəstəkli layihələndirmə, məhsul istismarı idarəetməsi, əşyaların interneti və reallığı əks etdirən proqram təminatından istifadə edir. Əgər şirkətə qoyulan qadağa uzun müddət davam etsə, “Huawei” və ya digər Çin şirkəti bu həlləri artıq özləri istehsal edə bilərlər.

“Düzünü desəm, düşünmürəm ki, PTC proqram təminatından istifadə üçün “Huawei”-ə qoyulan qadağa kiməsə həqiqətən faydalıdır” deyən Heppelman Çinin PTC şirkətinin biznesindəki vacib rolundan da bəhs etdi.

O bildirdi ki, PTC artıq 26 ildir, Çinə proqram təminatı satır və ümid edir ki, bundan sonra da bu biznes davam edəcək:

“Fikrimcə, məsələyə səbir ilə yanaşmaq lazımdır, çünki bu, hələ son deyil. Bu, təsəvvür edib şərh verməyə çətinlik çəkdiyim final nəticədən qabaqkı ara mərhələdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR