Dərc edildi: Baxış sayı: 552
PSJ klubu Fransa superkubokunun qalibi olub
Fransanın PSJ klubu ardıcıl olaraq 6-cı ölkə superkubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, Paris futbolçuları bu uğura “Monako” ilə keçirilən matçda imza atıblar.
Çinin "Şençjen Siti" stadionunda keçirilən final qarşılaşmasında PSJ rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qalib komandanın heyətində Anxel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqləniblər.
Bu, PSJ-nin yeni baş məşqçisi Tomas Tuxelin komandanın sükanı arxasında ilk rəsmi matç olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət