Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın
Sakura

Psixoloji vəziyyəti normal olmayanlar məktəblərdə çalışmasın

Psixoloji vəziyyəti normal olmayan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O qeyd edib ki, bir müddət öncə təhsil qanununa edilən dəyişikliklər arasında təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması maddəsinin yer alması çox mühüm məsələdir.

Millət vəkilinin bildirdiyinə görə, psixoloji xidmət təkcə uşaqları deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir.

“Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihara meyilliliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təmin olunmalıdır. Buna çox ciddi ehtiyac duyulur.

Əgər bu məsələ tam şəkildə təmin olunarsa, bəzi narahatedici məqamlar da aradan qalxar”, -deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR