Psixiatr: uşaqlarla koronavirus haqqında necə danışmaq olar
Uşaqların yanında dediklərinizə diqqət yetirin: onlarla işləyən hər kəs bilir ki, uşaqlar hər şeyi eşidirlər. Son zamanlar isə qulaqlarının daha çox eşitdiyi şeylər daha çox koronavirusa aiddir. USA Today-də "Uşaqlarla koronavirus haqqında necə danışırsınız?" - çövzusu müzakirə olunub. Qeyd olunub ki, maskalı insanların televiziya ilə səx-sıx nümayiş olunması, səslənən yoluxmuş insanların sayı haqqında məlumat verərkən vicdanlı olmaq lazımdır, çünki bütün bunlar uşaqları qorxuya sala bilər. Bəs valideynlər və müəllimlər uşaqlarına narahatlıq və qorxu yaratmadan bu problem barədə necə danışmalıdırlar?
Uşaq psixiatrı Sarabcit Sinqx bildirir ki, uşaqların çoxu soyuqdəymənin nə olduğunu bilir - ona görə bundan başlayın. "Viruslar da soyuqdəyməyə səbəb olur və insandan insana keçir". Söhbət əsnasında izah etməlisiniz ki, əllərini ən azı 20 saniyə yumalıdırlar və öskürərəkən ağızlarını əllərinə deyil, qollarına söykəsinlər və eyni zamanda məsafə saxlasınlar. Uşaqlarınızı həddən artıq xəbərlərə qulaq asmadan da qoruyun.
Məlumat əldə etməyi maneə törətməmək və ona göz yummamaq vacib olsa da, valideynlər uşağın məlumatla çox yüklənməməsini təmin etməlidirlər. "Hər dəfə televizoru yandıranda və ya İnternetdə gəzişərlən çaxnaşmaya, panikaya səbəb olan getdikcə daha çox başlıqlara rast gəlirsən" deyir Sinqx. "Çox vaxt cavablardan daha çox sual saxlayırlar." Narahat bir vəziyyətdə hər zaman daha pis bir ssenari düşünəcəksiniz. Uşaqların bilməsi vacibdir: virusun daim xəbərlərdə xatırlanması problemin getdikcə daha ciddi hala gəlməsi demək deyil. "Bu, hər hansı bir fəlakətin baş verməsi anlamına gəlmir. Bu xəbərlərin belə tez-tez verilməsi isə sadəcə başqa məlumatın olmaması deməkdir" .
Sadə dildə izah edin
Yemək zamanı söhbətdən sonra uşağın aşağıdakı suallara dair bir anlayışı olmalıdır: "Bu gün yeni bir şey öyrəndimmi? Əsas məqamları başa düşürəmmi? Mən etməli olduğumu edirəm?" Daha heç nə lazım deyil. "Bu onun sakitləşməsinə kömək etməlidir" deyib Singx. Valideynlər də bu söhbətlər zamanı tonlarını nəzərə almalıdırlar. "Bu, mediada səslənən ton olmamalıdır, amma hər halda yetkin adamın tonu olmalıdır. Uşaqlarımızla əlaqədar narahatlıqlarımızı proqnozlaşdırmağa meylliyik. Səsimiz neytral olmalıdır, amma belə söhbətlərdən çəkinməməliyik" - deyə psixiatr qeyd edib.
Böyüklər də sakitliyini qorumalıdırlar
Müqəddəs Cozef Regional Tibb Mərkəzindən olan koronavirus tədqiqatı doktoru Robert Lahita bildirib ki, 80 yaşdan yuxarı olan xroniki sağlamlıq problemləri olan insanlar daha çox xəbərdar olmalıdırlar, lakin bu virus uşaqlar üçün ölümcül deyil. Onun sözlərinə görə, " çox gənc insanların bədənlərində onların çox xəstələnmələrinə imkan verməyən bir şey var. Artıq virusa yoluxmuş, anvaq bunu çox asanlıqla atlatmış iki yeni doğulmuş körpə qeydə alınıb."
ARVI və ya qrip kimi insanlar immunitet sistemindən asılı olaraq xəstəliyə fərqli reaksiya göstərəcəklər. "Bəzi insanlar xəstəliyi simptomsuz keçirəcəklər" deyib Lahita. "Bəzilərində ümumi bir soyuqdəymə, digərlərində ağır tənəffüs çatışmazlığı olacaq. Yoluxmuşların 80% xəstəliyə asanlıqla dözə bilər, 14% çox xəstələnir və 2% xəstəxanada yatır. " Bu rəqəmlər qorxunc olsa da, uşaqlara bu barədə məlumat verməmək daha yaxşıdır, Lahita qeyd edib. Peşəkarlar, virusun ailəyə gəlib çatmasını və ya hər hansı təsir etməsini gözləmədən bu mövzuda uşaqlarla danışmağı məsləhət görürlər. "Müəllim, yaxud digər böyüklər, istərsə də məktəb sistemi tərəfindən belə münasibət həmişə daha çox narahatlığa səbəb olur" Sinqx bildirib.
Nəticə
Əvvəllər Xəstəliklərə Nəzarət Mərkəzində (CDC) işləyən Doktor Donald Allegra, hazırda Müqəddəs Clare Sağlamlıq Xəstəxanasında yoluxucu xəstəliklər üzrə mütəxəssisdir. "CDC bir neçə gün əvvəl insanlara virusun tez və ya gec yayılacağına dair xəbərdarlıq etdi" deyib Allegra. "Istənilən halda bu da soyuqdəymə kimi yayılan bir virusdur və deməli yoluxmamaq üçün xəstəyə iki metr məsafədə olmalısan" deyə Allegra vurğulayıb.
Mənbə: vestikavkaza.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət