Dərc edildi: Baxış sayı: 391
Milli komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovinada ilin məşqçisi seçilib
Milli komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovinada ilin məşqçisi seçilib.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis sözügedən ölkənin yığmasını UEFA Millətlər Liqasında final mərhələsinə çıxardığı üçün bu ada layiq görülüb. Komanda onun başçılığı altında bu turnirdə meydana çıxdığı 4 oyunun heç birində məğlub olmayıb.
Qeyd edək ki, Bosniya və Herseqovinada ilin ən yaxşılarının mükafatlandırılması mərasimi dekabrın 17-də keçiriləcək.
Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamıza rəhbərlik edib.
Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamıza rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət