Prosineçki Azərbaycan millisinə qayıdır?
Azərbaycan millisinin yeni baş məşqçisi yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki ola bilər.
Oxu.Az Azerfootball.com saytına istinadən xəbər verir ki, hazırda Bosniya və Herseqovina millisinin baş məşqçisi olan xorvat mütəxəssislə AFFA rəhbərliyi yaxınlarda Prosineçki əlaqə saxlayıb.
O, Azərbaycana qayıtmağı istisna etməsə də, düşünmək üçün vaxt istəyib. Bununla bağlı yekun qərarın ilin sonunadək müəyyənləşəcəyi gözlənilir.
Bu məsələ ilə bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik. O, Prosineçkinin namizədlər arasında olmasından xəbərsiz olduğunu bildirib:
“Heç biz özümüz siyahıda hansı məşqçilərin adlarının olduğunu bilmirik. Bizə deyilib ki, siyahı böyükdür və o, qısaldıqdan sonra bizə təqdim ediləcək. Bundan sonra biz – Məşqçilər Komitəsi həmin namizədlər içərisindən hansının millimiz üçün faydalı olacağına dair fikrimizi bildirəcəyik və bunu AFFA İcraiyyə Komitəsinə tövsiyə kimi bildirəcəyik”.
Qeyd edək ki, Robert Prosineçkinin Bosniya və Herseqovinadakı illik gəliri Azərbaycanda qazandığından 3-4 dəfə azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət