Professorların söz savaşı - “Repetitorluq təhsildə azdan-çoxdan irəliləyişə səbəb olan amildi”
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “repetitorluq təhsili içərisindən yeyir və təhsildə çoxlu fəsadlarların səbəbdir” fikri sosial mediada müzakirələrə səbəb olub
Onun fikrinə görə, repetitorluq fərdin təhsilidir, 1920 ildən qabaqkı təhsildir, bizi geriyə dartır ;
b) repetitorluq dövlətin təhil siyasətini aparmağa əngəldir ;
c) repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir;
d) repetitorluq tərbiyəyə və və vənpərvərliyə əngəldir;
e) repetitorluq biliyin mənimsənməsinə yox, əzbərciliyə xidmət edir;
f) repetitorluqdan istifadə edə bilməyən gənclər mənəvi cəhətdən sarsılır;
g) repetitorluq şəhər nəqliyyatında tıxaclara səbəb faktordur.
Professor Saleh Məmmədov isə əksinə düşünür.
Test üsulunun tətbiqinə görə Azərbaycan MDB ölkələri içərisində yeganə ölkədirr ki, bu böyük korrupsiya sistemindən azaddır.
2. Yazırsınız ki, repetitorluq fərdin təhsilidir: Hesab edirəm ki, təhsil üzrə nə imkan var, yol açmaq lazımdı, yalnız dövləti deyil, bütün qüvvələri, maliyyəni bu sahəyə mobilizə etmək lazımdı. Virtuallaşma şəraitində repetitorluq fərdi deyil, tam əksinə kütləvilik, daha kollektivçilik xarakteri daşıyır. Bizə bunun gəlib çatmaması hökümətin problemidi, gərək həll olunsun.
3. Repetitorluq dövlətin təhil siyasətini aparmağa əngəldir: Tam əksini düşünürəm, repetitorluq təhsildə azdan-çoxdan irəliləyişə səbəb olan amildi. Əgər dövlət təhsil ocaqları özəl repetitorluqla rəqabətə tab gətirə bilmirsə, ya bütün təhsili özəlləşdirməlidir (maliyyə dəstəyini saxlamaqla), ya rəqabətə davamlı göstəricilər sisteminə nail olmalıdır. Əgər repetitor ayda 1000 manat qazanırsa, dövlət müəlliminə heç olmasa 1100 manat verməlidir ki, şagird də repetitora ehtiyac duymasın. Əgər tələbə və ya şagird əvvəllər rüşvət verib atestat və ya diplom alırdısa, indi pul verib bilik qazanır. Biliyə sərf olunan pullar ən böyük səmərəlilik göstəricisinə malikdir.
4. Repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir: Əgər bir dərs prosesinə ehtiyac duyulmursa, dərsə gələn yoxdursa, o dərsin təşkilinin yaxşılaşdırılması haqqında düşünmək lazımdır, rəqibi -cəmiyyətin lokomotivi olan özəl sektoru çökdürmək üçün deyil.
5. Repetitorluq tərbiyəyə və və vənpərvərliyə əngəldir: Bunu heç cür anlaya bilmədim, repetitorlar daha yaxşı təhsil verirsə, rəqabətdə məktəbləri üstələyirsə, necə əngəlləyə bilər. Mənə elə gəlir ki, burada bir az Sovet təhsil sisteminin “Patiyalılıq” prinsipinin qoxusu gəlir. Azad olmayan təhsil müstəqil insan yetişdirə bilməz.
6. Repetitorluqdan istifadə edə bilməyən gənclər mənəvi cəhətdən sarsılır: Sarsılma repetitorluqdan deyil, 2 milyonluq saatla, milyon dollarlıq maşınla, 10 min dollarlıq kostyum və ayaqqabı ilə dərsə gələn məmur övladlarının davranışından əmələ gəlir. Dərsdlərdə ən yaxşı oxuyan da kasıb ailələrinin uşaqlarıdı. Hökümətin vəzifəsi də bu xidmətdən istifadə edə bilməyən gənclərə də eyni şəraiti təmin etməkdən ibarətdi. Ya məktəbdə repetitorlarla rəqabətdə uyğun sistem qurulmalı, ya imkansız gənclərin də repetitordan istifadə xərcləri dövlət tərəfindən maliyyələşdirməlidir.
7. Repetitorluq şəhər nəqliyyatında tıxaclara səbəb faktordur: Mən sizin də iştirak etdiyiniz təhsil nazirliyinin bir toplantısında təklif etmişdim ki, dərsləri, xüsusilə aparıcı müəllimlərin dərslərinin onlayn efirə verilməsi təmin olunsun (heç olmasa qərb ölkələrinin bizə yaratdığı texnoloji imkandan yararlanmaq lazımdır). Fərdi sayılan repetitorlar internet təhsil soft proqramları vasitəsilə dərslərə eyni zamanda minlərlə dinləyici toplaya bilir, özü də yalnız Bakıdan deyil, ən ucqar bölgələrdən, rayonlardan, hətta ucqar ölkələrdən: mən repetitor tanıyıram ki, qrupunda Avstraliyadan, Amerikadan, Yaponiyadan, Rusiyadan, İrandan, Türkiyədən və s şagirdlər iştirak edir. Hörmətli professor və iqtidar nümayəndələri unutmamalıyıq ki, Azərbaycanlıların yalnız 20%-i bu ölkədə yaşayır, 80%-i isə başqa ölkələrdə, elmi dili (yoxdu), əlifbası (yoxdu), təhsili aşağı səviyyədə olan məkanlarda yaşayır. Dünya miqyasında 7-8 milyon oxuyub yazmağı bacarmayan Azərbaycanlı var. Virtuallaşma şəraitində sərhədlər aradan qaldırılıb, müxtəlif məhdudiyyətlər, manelər yox dərəcəsindədir, bütün dünya elektronlaşır. Bunları öyrədən, təbliğ edən repetitorluğu aradan qaldırmaq əvəzinə, təhsilin, elmin, bütün həyatın elektronlaşması haqqında düşünməliyik, bütün Azərbaycanlıların təhsili haqqında düşünməliyik, bütün dərsliklərin, dərs prosesinin elektronlaşdırılması, dünyaya çıxası robot dərsliklərin, robot müəllimlərin hazırlanması haqqında fikirləşməliyik. 2003-ci ildə dünya ölkələri üzrə ilkinlərin içərisində Azərbaycan prezidenti Elektron hökümətə (o cümlədən E-təhsilə) keçid üzrə proqram qəbul etmişdi, təəssüflər olsun ki, hələ də məktəblərdə, universitetlərdə, elm ocaqlarında (hətta hər yerdə) çalışanların çoxu bunun mahiyyətini belə başa düşmürlər, emaildən, kompyüterdən istifadə edə bilmirlər. Hökümət gərək bu problem haqqında düşünsün, belə kadrlarla raket sürətinə deyil, yalnız araba sürətinə çıxmaq olar.
Professor Əhməd Qəşəmoğlu isə artıq tələbə olmuş gənclərdən və onların zəif kadr kimi yetişmələrindən narazılıq bildirib.
“Təəssüf ki, indi ən mühüm sosial problemlərimizdən biri də tələbələrimizin bir çoxunun təhsilə passiv münasibətidir. Adam 450-550 bal toplayıb Universitetə daxil olub. Amma dərslərə xeyli laqeyd bir münasibət bəsləyir. Universitetdən qovulmaqdan qorxmur. Bilir ki, Universitet təhsil haqqına görə onu xaric etmək marağında deyil. Dərs öyrənmək əvəzini müxtəlif yollarla semestrdən semestrə keçmək üçün canfəşanlıq edir. Sonda da layiq olmadığı diplom alır. Yəni düşmənimizin arzu etdiyi bir "mütəxəssimiz" olur.
Belə bir təklifim var: bəlkə belə tələbələrə qarşı ictimai qınağı xeyli gücləndirək! Bəlkə əlacı,təhsildə mühüm uğur qazanan tələbələrimizə qarşı diqqəti, artıraq, müxtəlif güzəştlər sistemi düşünək. Gələcək inkişafları üçün yaxından kömək edək. Axı onlar xalqın "qızıl fondu"durlar.Əlaçı tələbələrin ali məktəbi bitirən kimi təyinatla işə göndərilməsi bu sahədə böyűk stimul yaradar”,- deyə o bildirib.
Mənbə: bizimyol.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət