Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladı

Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladı
Sakura

Professor koronavirusun kişilərə daha bir ZƏRƏRİNİ açıqladı

İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər üzrə kafedra müdiri Server Serdaroğlu yeni növ koronavirus epidemiyasından sonra saç tökülməsi probleminin artdığını qeyd edib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki,professor mükəmməl genetikaya sahib olan insanlarda bir telin 5-6 il ömrünün olduğunu qeyd edib. Saç ifraz edən kökün daha sonra istirahət mərhələsinə keçdiyini bildirən Serdaroğlu bu müddətin 4 ay davam etdiyini bildirib:

“Hər gün təxminən 70-80 saç teli istirahətə getməli, yəni tökülməlidir. Tökülən saç teli 100-120-dən çox olarsa, problem var deməkdir. Qeyri-sağlam qidalanma, əməliyyat, stress, hormonal disbalans, sürətli köklük, bəzi dərmanlar və daxili orqan xəstəlikləri saç tökülməsinə səbəb ola bilər. Son günlərdə saç tökülməsi ilə əlaqədar klinikalarımıza müraciət edənlərin sayında ciddi artım var. Düşünürəm ki, koronavirus bu sayın artmasına təsir göstərir. Pandemiya dövründə istifadə edilən bəzi dərmanlar saç tökülməsini artıra bilər. Bundan başqa kişilərdə stressdən qaynaqlanan saç tökülməsində də şiddətlənmə var.

Bir çox insan uzun müddət evindən çölə çıxa bilmədi, bəziləri maddi çətinliklə üzləşdi, bəziləri işdən çıxarıldı. Yaşlıların və gənclərin sosial həyatı məhdudlaşdı. Bu müddətdə saç tökülməsinə səbəb ola biləcək bir çox stress faktorları meydana gəldi”.

Professor qeyd edib ki, dəmir, fol turşusu, sink, B12 və biotin saçlara təsir edən vitamin və minerallardır:

“Qırmızı ət həftədə 2-3 dəfə yeyilməlidir. Ətin tərkibində həm B12, həm də dəmir var. Göyərti və tərəvəzlərin tərkibində fol turşusu olduğu üçün mümkün qədər çiy halda yeyilməlidir. Balıqda da fol turşusu var”.

Aytən Məftun

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR