Slimfit
  1. SİYASƏT

Professor İsaxan Vəliyev: Seçicilər azad və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər

Professor İsaxan Vəliyev: Seçicilər azad və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər
Sakura

Professor İsaxan Vəliyev: Seçicilər azad və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər

Bu gün ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirilir. Bu, respublikamızın ictimai-siyasi həyatında çox əhəmiyyətli bir hadisədir. Seçkilər torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir. Hamı kimi mən də böyük sevinc hissi ilə səsvermədə iştirak edirəm. Mən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının binasında yerləşən 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verdim.

Ens.Az-ın məlumatına əsasən,bu fikirləri AZƏRTAC-a müsahibəsində Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev söyləyib. Professor vurğulayıb ki, bu gün ölkəmiz sürətlə inkişaf edib, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib, torpaqlarımız işğaldan azad olunub, respublikamızın ərazi bütövlüyü təmin edilib, azad olunmuş ərazilərimizdə geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib.

İnanıram ki, xalqımız bu gün də düzgün seçim edəcək. Onu da qeyd edim ki, səs verdiyim 2 saylı seçki məntəqəsində prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Bütün seçki dairələrində, seçki məntəqələrində olduğu kimi, 2 saylı seçki məntəqəsində də seçicilər azad, sərbəst və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR