Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa diqqət
Üsküdar Universitetinin türkiyəli professoru Nurper Ülküer uşaqlıq dövrünün ilk illərinin beyin inkişafı üçün əhəmiyyətli bir dövr olduğunu deyib. Professor bildirib ki, uşağın beyni dörd yaşına qədər sürətlə inkişaf edir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor həyatın ilk 4 ilində beyin sinir hüceyrələrinin saniyədə 750-1000 yeni bağlanma qurduğunu deyib:
“Uşaqlığın ilk 8 ilini əhatə edən erkən uşaqlıq dövrü insan inkişafının əsasını təşkil edir. Bu, uşağın və yaşlıların həyatının daha sonrakı mərhələlərində inkişaf etmədiyini göstərmir. Amma bu yaş dövrü bütün həyatın ən həlledici dövrüdür.
İnsan beyninin ən sürətli inkişaf dövrü erkən uşaqlıq dövrüdür. Beyin normal çəkinin 87 faizinə həyatın üçüncü ilində çatır. Həmçinin, bu dövr beynin ən çevik dövrüdür. Amma beyin çevikliyinin 50 faizini ilk yeddi ilində itirir.
Beyin inkişafında başda dil, görmə və eşitmə, hissi nəzarət, sosiallaşma və digər əsas vərdişlərin inkişafını təmin edən sinir hüceyrə birləşmələrinin ən sürətli olduğu həssas dönəm 4 yaşa qədərdir.
Hər bir uşaq bir-birindən fərqlidir, amma Uşaq Hüquqları Konvensiyasında da qeyd olunduğu kimi, onların eyni bərabərlikdə inkişaf potensiallarına olmaq haqları var. Bu hüquqların ən yaxşı şəkildə həyata keçirilməsi üçün başda valideyn olmaqla, səhiyyə, təhsil, sosial xidmət və digər əlaqədar qurum və təşkilatlar, cəmiyyət, dövlət, beynəlxalq birliklər məsuliyyət daşıyır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət