Priqojinin media imperiyası çökdü
Rusiyada silahlı üsyana cəhd edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin “Patriot” media holdinqi ləğv edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 2019-cu ilin dekabrından etibarən o, iki ay öncə meydana çıxan “Patriot” media qrupunun qəyyumlar şurasına rəhbərlik edib. Media qrupuna Federal İnformasiya Agentliyi (FAN), “Economics Today”, “Politics Today”, “Nation News” və digər nəşrlər daxil idi.
Qeyd edək ki, bir gün əvvəl “Vaqner”in təsisçisinin media aktivlərinin mümkün satışı barədə məlumat yayılmışdı. İndi isə bildirilir ki, “Roskomnadzor” artıq həmin resurları bloklamağa başlayıb və qadağan olunmuş saytların reyestrinə daxil edib. Bu isə o deməkdir ki, media orqanları artıq açılmayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət