Slimfit
  1. AZƏRBAYCAN

Prezidentlə xanımı yeni avtobuslara da baxdı

Prezidentlə xanımı yeni avtobuslara da baxdı
Sakura

Prezidentlə xanımı yeni avtobuslara da baxdı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, prezident yeni avtobuslarla da tanış olub.

Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli bildirib ki, prezidentin tapşırığına əsasən qəsəbələrə gedən avtobuslar dəyişdirilir. “Yeni avtobuslar sıxılmış təbii qazladır. Bundan əvvəl “Bakubus”da sifariş etdiklərimiz 300 km gedirdisə, biz bunu artırdıq, 600 km gedəcək. Qəsəbələrdəki avtobusların vəziyyəti yaxşı deyil, sizin tapşırığınızla onların hər biri dəyişəcək. Artıq qəsəbələrə də gedəcək. Hətta türklərin özü də deyir ki, niyə onlarda bu avtobuslardan yoxdur. Biz bu avtobusları tam dəyişdirmişik. Həm içini, həm motor hissəsini, həm də daxili dizaynını. Avtobuslar ümumilikdə 100 nəfərlikdir, oturma yerlərinin sayı isə 26-dır. Burada ayaqüstə durmaq üçün yer daha genişdir. Hazırda müasir avtobusların faiz nisbəti 21-dir”.

Prezident: -Onda gərək gələn il də biz yeni avtobuslar aldıraq

V. Kərimli: Bəli

Prezident: - Siz təklif verin. Çünki indi ələn ilin Investitsiya proqramı müzakirə olunur. Gərək gələn il də kifayət qədər yeni avtobuslar ölkəmizə gətizdirək. Xarici görünüşü də gözəldir, hansı modeldir?

V. Kərimli: - Bu, BMC-nin troscity modelidir. Amma bizim üçün xüsusi dizayn edilib.

 




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR