Slimfit
  1. SİYASƏT

Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir?

Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir?
Sakura

Prezidentin yüksək vəzifə verdiyi Səadət Yusifova kimdir?

Xəbər verdiyimiz kimi,  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Səadət Yusifova təyin edilib.

Yeni Sabah” xəbər verir ki, 1974-cü ildə anadan olan Yusifova Səadət Vidadi qızı buna qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. Bir neçə gün əvvəl - noyabrın 29-da Prezident Administrasiyasında ləğv edilən şöbələrdən biri də Strateji araşdırma və planlaşdırma şöbəsi oldu. Nəticədə həmin şöbənin müdiri Səadət Yusifova yeni strukturda yer almadı.

S.Yusifova 12 aprel 2014-cü il tarixində həmin vəzifəyə gətirlmişdi. (Ona qədər Strateji araşdırma və planlaşdırma şöbəsinə sabiq deputat Rəbiyyət Aslanovanın oğlu  Elnur Aslanov rəhbərlik edirdi. O, 2014-cü il martın 17-də işdən azad olunmuşdu). 

Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 

O həmçinin 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.

S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR