Prezidentin yeni sərəncamı ilə neçə nəfərə avtomobil alınacaq?
Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Beləliklə, cari ildə həmin vətəndaşlara veriləcək avtomobillərin sayı nəzərdə tutulduğundan üç dəfədən çox olmaqla 600-ə çatacaq
Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılıb.
Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək.
Beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq.
Hazırda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanmış əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət