Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin son qərarları: nələr əks olunub?

Prezidentin son qərarları: nələr əks olunub?
Sakura

Prezidentin son qərarları: nələr əks olunub?

Prezidentin 2019-cu il girəndən atdığı addımlar göz qabağındadır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, ölkə başçısının şəhid ailələrinin qayğısına qalması, onlarla görüş təşkil etməsi, zəlzələdən zərər çəkənləri birbaşa evlərində ziyarət etməsi, ağbirçək qadınla dialoqu cəmiyyət tərəfindən də müsbət qarşılanıb:

“Əslində, bunlar Prezidentdən gözlənilən addımlar idi və əvvəllər də bu cür jestlər ölkə başçısı tərəfindən edilib. Ümumiyyətlə, son dövrlər idarəetmədə çeviklik hiss olunmağa başlayır. Artıq ölkə başçısı yalan informasiya verən, onu hər şeyin yaxşı olduğuna inandırmağa çalışan şəxsləri bir kənara qoyub, özü bilavasitə prosesin içində olmağa üstünlük verir. Bütün məsələlərə də özü müdaxilə edir. Meşədən giləmeyvə yığılması ilə bağlı NK-nin qərarı haqlı narazılıq yaratmışdı. Prezident buna dərhal özü reaksiya verdi. Bu, müsbət bir tendensiyadır”.

Millət vəkili qeyd edib ki, Prezidentin bu addımlarının davamı yaxşı kadrlarla gəlməlidir:

“Son vaxtlar müsbət kadr dəyişiklikləri də baş verir. Əlbəttə, kadr önəmlidir, ümid edirəm ki, kadr siyasətini daha əhatəli şəkildə həyata keçirmək üçün bundan sonra da addımlar atılacaq. Buna cəmiyyətdə də çox inam var. Amma hesab edirəm ki, sistem dəyişikliyi də olmalıdır və gözlənilir. Məsələn, məhkəmə sistemi ilə bağlı radikal islahatlara gedilməlidir”.

Millət vəkili vurğulayıb ki, qarşıdakı günlərdə Prezident tərəfindən bu istiqamətdə qərarlar qəbul ediləcəyini düşünür:

“Məsələn, minimum əməkhaqqının birdən-birə 50 manat artırılması kifayət qədər müsbət addımdır. Son illərdə birdən-birə əməkhaqqının bu qədər artırılması olmamışdı. Bu, Prezidentin əhalinin yaşayış səviyyəsi ilə tam real şəraitdə tanış olmasından sonra atılan addım idi”.

F.Mustafanın sözlərinə görə, ölkə başçısının Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərmanı da olduqca müsbət addımdır:

“Parlamentin və televiziyaların canlanması lazımdır. Parlamentdə keçirilən müzakirələrin səviyyəsi qaldırılmalıdır. Televiziyalarda normal debatların keçirilməsinə böyük ehtiyac var. Sosial Tədqiqatlar Mərkəzi vasitəsi ilə obyektiv rəy sorğusu keçirib, real vəziyyət ölkə prezidentinə çatdırılmalıdır ki, alınan qərarlar xalqın marağı ilə üst-üstə düşsün. Bütün bunlar kompleks tədbirlərdir. İqtidarın reytinqi bu gün kifayət qədər yüksəkdir, hesab edirəm ki, bu reytinqi bu cür addımlarla qalıcı və daimi etmək olar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR