Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin qərarına ziyalılardan reaksiya: Narahatlıq vardı

Prezidentin qərarına ziyalılardan reaksiya: Narahatlıq vardı
Sakura

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilimizin inkişafı baxımdan böyük əhəmiyyət…

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilimizin inkişafı baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu sözləri Kult.az-a açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, xalq şairi Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması barədə fərmanı haqda danışarkən deyib. O bildirib kibu vaxta qədər dil normalarının pozulması ilə bağlı ayrı-ayrı qeyri-hökumət təşkilatları monitorinqlər aparsa da, bunun nəticəsi olmayıb:

“Təəssüf ki, bu qurumlar dövlət təşkilatı olmadığına görə həmin monitorinqlərin nəticələrinə əhəmiyyət verilmir. Bakı şəhərindəki bir çox böyük müəssisədə Konstitusiyada və Dil Qanununda nəzərdə tutulan normalar pozulur, ana dilinə tam etinasız yanaşılır. Biz müəyyən şirkətlərin, müəssisələrin ana dilinə pis münasibəti ilə bağlı məhkəməyə müraciət etmişik, amma nəticə yoxdur. Dil Qanununa görə, bütün müəssisələrin adları ana dilində yazılmalı, xarici dildə yazılan versiya kiçik ölçüdə olmalıdır. Amma elə müəssisələr var ki, heç ana dilində adı yoxdur. Bütün bunlar narahatlıq doğurur. Ümid edirəm ki, buna qarşı atılan addımlar nəticəsiz qalmayacaq. Prezidentin sözügedən fərmanı bu və digər problemlərin aradan qalxmasına zəmin yaradacaq”.

Millət vəkili Aqil Abbas da dil normalarının pozulmasının qarşısını almaq, eləcə də dilə nəzarət etmək üçün Monitorinq Mərkəzinin yaradılmasının önəmini vurğulayıb:

“Son zamanlar əksər mətbuat orqanlarında, televiziyada, radiolarımızda ədəbi dil normalarına riayət edilmir. Artıq qəzetlərimiz də bazar dilində yazır. İnformasiyanın çatdırılması zamanı ortaya çıxan tələskənlik ucbatından dilin gözəlliyi itir. Bütün bunları nəzərə alaraq, dilin saflığının qorunmasına ciddi nəzarət etmək lazımdır. Bu baxımdan Monitorinq Mərkəzinin yaradılması xüsusi əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR