Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin mesajı qan tökülməməsi üçündür, amma...

Prezidentin mesajı qan tökülməməsi üçündür, amma...
Sakura

Prezident İlham Əliyev Ağdamda Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini açıq ortaya…

Prezident İlham Əliyev Ağdamda Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini açıq ortaya qoydu.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışında söylədiyi nitqi şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili ölkə başçısının Ağdamda çox mühüm mesajlar verdiyini bildirib:

“Prezident Azərbaycanın bir dövlət kimi gücləndiyini və ordu quruculuğunda böyük uğurlar əldə etdiyini Ermənistanın yeni rəhbərliyinə əbəs yerə xatırlatmadı. Bu çıxışın alt qatında Dağlıq Qarabağ məsələsi ilə bağlı Paşinyana ünvanlanmış bəzi mühüm tezislər var. Dövlət başçısı Ermənistan rəhbərliyinin əvvəlki cani, quldur rejimin səhvlərini təkrar etməyəcəyinə ümid etdiyini bildirməklə Paşinyanı bir daha düşünməyə çağırdı. Çünki Ermənistan bu gün heç cür Azərbaycanla müqayisə edilə bilməz. Əgər Paşinyan həqiqətən də baş nazir əvəzi olduğu ölkənin gələcəyini düşünürsə, işğal faktorunun Ermənistan üçün ciddi problemlər yaratdığının fərqinə varmalıdır”.

Millət vəkili bildirib ki, Ermənistanın inkişafı birbaşa Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdən və ölkəmizin təşəbbüsçüsü olduğu layihələrdə iştirak etməkdən keçir:

“Azərbaycana qardaş ölkə olan Türkiyə də Ermənistanla sərhədləri bağlamaqla türk kapitalının bu ölkəyə gəlişini əngəlləyir. Ermənistan əhalisi də Paşinyanı məhz ölkədəki sosial problemlərin ağırlığına görə küçədən hakimiyyətə gətirdi. Buna görə də Paşinyan fərqində olmalıdır ki, bu, onun şansıdır. Azərbaycan onsuz da gec-tez Qarabağ problemini həll edəcək. Ancaq ölkəmiz münaqişəni itkisiz, müharibəsiz həll etməyə daha çox üstünlük verir. Hər halda ümid etmək istəyərdik ki, dekabr seçkilərindən sonra Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ məsələsində ciddi bir dönüş etməyə çalışacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR