Prezidentin köməkçisindən xaricdəki azərbaycanlılarla bağlı açıqlama
“Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 mindən artıq vətəndaş ölkəyə gətirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, onlar dövlət tərəfindən maliyyələşdirilən çarter reysi ilə ölkəyə gətirilib:
“Xaricdəki vətəndaşların ölkəyə gətirilməsində müəyyən çətinliklər olmuşdu. Yaranmış vəziyyətlə bağlı həmin vətəndaşlara göstərdikləri təmkinə, anlayışa görə təşəkkür edirik. Unutmasınlar ki, dövlət hər zaman öz vətəndaşının yanındadır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət