Dərc edildi: Baxış sayı: 472
Prezidentin köməkçisindən rayonlara gediş-gəlişin bərpası ilə bağlı AÇIQLAMA
“Regionlara gediş-gəliş məsələsi müzakirə olunur”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, epidemioloji vəziyyət nəzərə alınaraq, rayonlara gediş-gəliş məsələsinə baxılacaq:
“Müxtəlif qaydalar üzrə fikirlər yürüdülür. Burada bir məqamı nəzərə almalıyıq ki, Bakı şəhərində yoluxma tendensiyası var. Regionlarla əlaqədə açılma olarsa, orada yoluxmanın artmasına təsir göstərə bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət