Slimfit
  1. SİYASƏT

Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA
Sakura

Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA

“Ermənistanın Baş naziri Nikol Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində biz ədadlətli jurnalistikanı, haqlı və ədalətli sualları gördük”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Qərb jurnalistikasında belə bir deyim var ki, yanlış sual yoxdur, yanlış cavab var:

“Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində də düzgün qoyulmuş suallara yanlış, təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq.

Müsahibə zamanı Nikol Paşinyana ünvanlanmış çox düzgün və haqlı suallar var idi.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlər suallarda əks olunmuşdu. Konkret sual qoyuldu ki, bunun ya “Hə” cavabı var, ya “Yox” cavabı var”.

Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə Ermənistanın dövlət səviyyəsində məsuliyyəti var:

“Ümumilikdə müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik bir vəziyyətə salması və digər hallar barəsində əlavə şərhlər vermək istəməzdim. Biz Paşinyanın bu vəziyyətə düşməsinə Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatı zamanı da şahid olmuşduq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR