Dərc edildi: Baxış sayı: 3114
Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı MÜHÜM AÇIQLAMA
“Bakı-İstanbul-Bakı xətti üzrə çarter reysləri təşkil olunur”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, digər ölkələrlə bağlı çarter reyslərinə dair fikirlər də müzakirə edilir:
“Bu, tək Azərbaycandan asılı deyil. Çarter reyslərinin təşkil edilməsi məsələsində digər ölkələrdəki vəziyyət nəzərə alınmalıdır. Xüsusi qaydalar əsasında bu istiqamətdə müzakirələr davam etdirilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət