Prezidentin köməkçisi: “Heç kim deməsin ki...”
“Karantin rejiminin uzadılmasının əsas məqsədi zəncirvari yoluxmanı qırmaqdır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, karantin rejiminin sərtləşdirilməsi tək bizim ölkəmizdə deyil:
“Bu gün Qazaxıstan, Çin, İran, İsraildə də yenidən karantin rejimi tətbiq edilir. Hər şey cəmiyyətdən asılıdır. Cəmiyyət bir nəfər kimi tələblərə riayət etsə, bunun qarşısını almaq olar.
Mənim də yaxınlarım var, onlara görə də narahat oluram. Odur ki, heç kim deməsin, beş dəqiqə maskasız küçəyə çıxsam, əlimi yumasam, heç nə olmaz. Bu riskli addımlardan çəkinin”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət