Slimfit
  1. SİYASƏT

Prezidentin köməkçisi Balaxanıda rus icmasının nümayəndələri ilə görüşüb

Prezidentin köməkçisi Balaxanıda rus icmasının nümayəndələri ilə görüşüb
Sakura

Prezidentin köməkçisi Balaxanıda rus icmasının nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib.

"Report" xəbər verir ki, Z.Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.

Tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına qərar verilib.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırmaya başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR