Dərc edildi: Baxış sayı: 633
Prezidentin kitabını oxuyub xəzinə tapdılar — Türkmənistanda
Türkmənistan alimləri qədim Mehne şəhərinin ərazisində xəzinə tapıb. “Qafqazinfo” “Türkmənistan bu gün” agentliyinə istinadən xəbər verir ki, xəzinə haqda ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun kitabında məlumat verilib.
Agentlik yazır ki, cəmi 91 gümüş qəpik tapılıb. Qəpiklərin üzərindəki yazılara əsasən, alimlər onların XIII əsrə aid olduğunu ehtimal edir.
Mehne şəhəri Türkmənistan prezidenti Q. Berdiməhəmmədovun 2018-ci ildə nəşr edilən “Türkmənistan – Böyük İpək yolunun ürəyi” adlı kitabının ikinci cildində təsvir edilib.
Qeyd edək ki, Q. Berdiməhəmmədov Türkmənistana 2006-cı ilin axırlarından rəhbərlik edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət