Dərc edildi: Baxış sayı: 359
Prezidentin iştirakı ilə Xocalı soyqırımının ildönümü münasibətilə yürüş keçirilir
Yürüşə on minlərlə insan qoşulub
Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı yürüş keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, on minlərlə insanın qoşulduğu yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar iştirak edirlər.
Yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq "Ana harayı" abidəsinə doğru hərəkət edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət