Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin fərmanının icrası ilə bağlı İşçi qrup yaradılıb

Prezidentin fərmanının icrası ilə bağlı İşçi qrup yaradılıb
Sakura

Prezidentin fərmanının icrası ilə bağlı İşçi qrup yaradılıb

Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qarşıya qoyulan məsələlərin icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi İşçi qrupu yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib. 

Bildirilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə xarici dövlətlərə ezamlar təşkil edilib, birgə İşçi qrup tərəfindən bu sahədə bir sıra mühüm qanunvericilik layihələri hazırlanıb. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR