Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin bu səfəri Bakıya geniş perspektivlər açır

Prezidentin bu səfəri Bakıya geniş perspektivlər açır
Sakura

Prezidentin bu səfəri Bakıya geniş perspektivlər açır

Xorvatiya Avropa Birliyinin önəmli ölkələrindən biridir və son dövrlər iqtisadi müstəvidə kifayət qədər uğurlara nail olub.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Xorvatiyaya səfərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik Xorvatiyanın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb:

“Bildiyiniz kimi, Xorvatiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb və hər iki ölkə bu tərəfdaşlığa sadiq qaldıqlarını öz əməl, davranış və münasibətlərində büruzə veriblər. Xorvatiyanın Azərbaycanla əməkdaşlığı iki ölkə arasında münasibətlərin inkişafı ilə yanaşı, Avropa ilə iqtisadi münasibətlərimiz baxımından da mühüm əhəmiyyət kəsb edir. Xorvatiya prezidentinin bəyanatlarından da açıq şəkildə hiss olundu ki, Zaqreb də Bakının Avropa Birliyi ilə münasibətlərində maraqlıdır və bunun üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir, ölkəmizə qarşı əsl dostluq münasibətləri nümayiş etdirir. Bu isə iki ölkə arasındakı münasibətlərin səviyyəsini sübut edir”.

Analitik bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü çoxvektorlu siyasət birbaşa Azərbaycanın milli maraqlarından qaynaqlanır:

“Məhz bu siyasət nəticəsində bu gün ölkəmiz nəqliyyat, enerji dəhlizlərinin mərkəzinə çevrilir. Azərbaycan nəinki regionun logistik mərkəzidir, eyni zamanda, qlobal, subregional müstəvidə tranzit və ciddi resurslara malik olan ölkə kimi öz potensialını da ortaya qoyub. Bu aspektdən də iki ölkə arasında əməkdaşlığın perspektivləri kifayət qədər ciddidir. İki ölkə arasında münasibətlərin daha üst səviyyəyə qədəm qoyacağı gözlənilir. Bütövlükdə, Azərbaycan prezidentinin son bir neçə gündə Rusiyaya, türkdilli ölkələrin liderlərinin zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana və təbii ki, Xorvatiyaya səfəri kompleks şəkildə Bakının regiona, dünyaya açılması üçün geniş perspektivlər yaradır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR