Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin 2020 anonsları:

Prezidentin 2020 anonsları:
Sakura

Prezidentin 2020 anonsları:


Prezident İlham Əiyevin bütün siyasi addımlarında bir ardıcıllıq, sistem, strategiya var və bu strategiyanı biz Prezidentin yerli mediaya 23 dekabrda müsahibəsində bir daha müşahidə etdik.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin 23 dekabrda yerli mediaya geniş müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

A.Camalqızı bildirib ki, hər şeydən öncə Prezidentin bu müsahibəsi də yeni yanaşma və yeni ənənənin nümunəsi olaraq dəyərləndirilməlidir:

“İlk dəfə bu ilin əvvəlində - fevral ayında Prezident yerli mediaya (Real TV) geniş müsahibə verdi, ikinci geniş müsahibəsi isə 23 dekabrda – ilin sonunda reallaşdı. Buna bir neçə istiqamətdə yanaşmaq zəruridir. Əvvəla, Prezident bu müsahibələrində media qurumlarına inamını, jurnalistlərin, bir vaxtlar ifadə etdiyi kimi, “köməkçiləri” olduğunu bir daha ifadə etdi, bəzi məmurların gizlətdiyi halları həm də mediadan öyrəndiyini açıq şəkildə bildirdi. Bu, Prezidentin mediaya münasibətinin göstəicisidir və bu da bizim üzərimizə kifayət qədər ciddi məsuliyyət qoyur.

İkinci tərəfdən, Prezident 23 dekabr müsahibəsi ilə yeni ənənə formalaşdırdığını göstərdi. Və bu ənənəni doğuran səbəblər var. Müsahibədə cənab Prezident vurğuladı ki, son vaxtlar ərzində onun bəzi daxili görüşləri ictimailəşdirildi və ictimailəşən daxili görüşləri iş qrafikində 5-10 faiz təşkil edir. Amma Prezident vurğuladı ki, bu ictimailəşməyə ehtiyac var. Səbəb isə odur ki, ölkədə aparılan kardinal islahatların, sistem dəyişikliyinin, yeni təfəkkür tərzinə keçidin memarı birbaşa Prezident özüdür və Prezidentin özündən yaxşı onun ictimai təqdimatını heç kəs verə bilməz. Prezidentin çıxış və müsahibələrinin doğurduğu ictimai reaksiya da bir daha təsdiqlədi ki, bu yeni sistemi tətbiq edən Şəxsin sözlərinə ictimaiyyətin çox böyük ehtiyacı var”.

A.Camalqızının sözlərinə görə, hansı məqamda hansı addımları atmağın zəruriliyini dəqiqliyi ilə hesablayan Prezident İlham Əliyevin bu müsahibəsi də təsadüfi deyil:

“Bu müsahibə və çıxışlarda biz həm də Prezidentin ən xırda detallara, ən kiçik rəqəmlərə qədər prosesi bildiyini müşahidə etdik və bu, təkcə cənab Prezidentin hafizəsi ilə deyil, həm də bütün proseslərə birbaşa nəzarət etməsi, hər məsələni incəliyinə qədər şəxsən özünün təhlil etməsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iş qrafikinin həddən artıq ağır və gərgin olduğunu da bildirdi. Etiraf edək ki, Prezident yalnız daxili-xarici siyasəti yüksək səviyyədə nizamlamaqla məşğul deyil, həm də bütün iqtisadi sistemi yenidən qurur və eyni zamanda kadrların fəaliyyətinə də nəzarəti gücləndirməkdədir. Bu isə həddən artıq genişmiqyaslı bir işdir”.

Politoloq 3-cü məqam kimi müsahibənin ilin sonunda verilməsinə diqqəti yönəldib:

“Qeyd etdik ki, Prezidentin addımlarında ardıcıllıq və ciddi sistem mövcuddur. Əgər fevralda Real TV-yə müsahibəsində 2019-cu il üçün iqtisadi, siyasi və sosial hədəfləri elan edilmişdisə, 23 dekabr müsahibəsində ilə bir yekun vuruldu, Prezident komandanın illik hesabatını da öz üzərinə götürdü. Müsahibədə Prezident bu halı dəqiqliyi ilə bu cür ifadə etdi: “Həm də bu (bəzi daxili görüşlərin ictimailəşməsi) ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir”. Prezident bu müsahibəyə də o kontektdən yanaşırdı və ilin əvvəlində verilən anonsların, vədlərin böyük həcmdə və daha yüksək səviyyədə icra olunduğu faktlarla ortaya qoyuldu”.

Politoloqun sözlərinə görə, Prezident 23 dekabr müsahibəsi ilə 2019-a yekun vurmaqla bərabər, yeni – 2020 anonslarını verdi:

“Bir daha, təkrar olaraq qeyd etməyi zəruri sayırıq ki, İlham Əliyev bəlkə də dünyada yeganə şəxsdir ki, heç bir sözü təsadüfən işlətmir, hər bir açıqlama və çıxışında zaman, məkan və sözlər, ifadələr incəliyinə qədər düşünülür – necə ki, Paşinyanın bir qrup erməni qarşısında “Qarabağ Ermənistandır və nöqtə” yanaşmasını, xeyli səbirli davranmaqla, “Valday” beynəlxalq diskussiya klubunda, çoxsaylı dövlət və hökumət başçılarının önündə, dünya ictimaiyyətinin qarşısında “Qarabağ Azərbaycandır və Nida” şüarı ilə darmadağın etdi və yaxud MDB dövlət başçılarının Aşqabad görüşündə faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı müzakirələrdən məharətlə istifadə edərək, Njdeyə Ermənistanda heykəl qoyulması faktını beynəlxalq ictimai müzakirəyə qaldırıb, növbəti zərbəsini endirdi.

 

Yəni İlham Əliyevin bütün xarici və daxili siyasəti, iqtisadi islahatları ən incə məqamına, zamanına və məkanına qədər hesablanır. O cümlədən 23 dekabr müsahibəsi də ad günü və yeni il öncəsi hesabat, görülən işlərin həcminin izah edilməsi və 2020-nin anonsları idi”.

A.Camalqızı deyib ki, Prezident İlham Əliyev ilk dəfə olaraq Aİ ilə sazişə bu qədər ətraflı toxundu:

“Aİ ilə saziş bağlanacağı barədə müxtəlif təfsirlər olub. Ancaq ilk dəfə Prezident İlham Əliyev detallı şəkildə bu müqaviləni ləngidən və mümkünsüz edən şərtləri açıqladı – bura qaz qiymətləri və ÜTT ilə müqavilə aiddir. Eyni zamanda Prezident mesaj da verdi: Hansı Azərbaycan istəyisiniz? Brüsseldən idarə olunan Azərbaycan, yoxsa müstəqil Azərbaycan? AB vədlərinə aldanıb, ciddi problemlər yaşayan ölkə? Yoxsa Avropa Birliyinə üzvlük üçün onillərlə qapıda gözləyən dövlət?

Prezident olduqca açıq, sərt və ciddi mesajlarla əslində cəmiyyəti silkələdi və təsadüfi deyil ki, Prezidentimizin bu çıxışı Türkiyədə bütün nüfuzlu media qurumlarının manşetinə daşındı.

İlham Əliyevin görmək istədiyi Azərbaycan budur: Brüsseldən idarə olunmayan, AB vədlərinə inanıb, qapı dalında gözləməyə məcbur edilməyən qürurlu, məğrur, iqtisadi baxımdan qüdrətli, eyni zamanda qonşularına və partnyorlarına hər zaman gərəkli, onlara da qazanc gətirən və onlarla münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqlu səviyyədə davam etdirən Azərbaycan!

İlham Əliyevin 16 ildir yüksəltdiyi Azərbaycanın siyasi mövqeyi və iqtisadi gücü budur. Ona görə də 2020-ci ildə AB vədləri ilə bəzilərinin mümkün siyasi manipulyasiya cəhdlərini də Prezident onların əllərindən aldı”.

Politoloq qeyd edib ki, Prezident gələcək deputatlara da tövsiyəsini verdi və görmək istədiyi məmur obrazını təqdim etdi:

“Milli Məclisi üzvləri və yeni məmur təfəkkürü necə olmalıdır? Prezident bunlara da aydınlıq gətirdi və hesab edirəm ki, bunların hər biri xalqın arzuları olmaqla bərabər, Prezidentin yol xəritələridir. Kimlər bu təfəkkürdən uzaq olacaqsa, Prezident həmin şəxslərə də öz ismarışını verdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR