Dərc edildi: Baxış sayı: 578
Prezidentdən Hacı Zeynalabdin Tağıyevin abidəsi ilə bağlı Sərəncam
Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmalıdır.
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət