Dərc edildi: Baxış sayı: 847
Prezidentdən 1 milyonluq sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1,0 (bir) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox