Dərc edildi: Baxış sayı: 500
Prezident viza rejimi ilə bağlı Protokolu təsdiqlədi
Prezident İlham Əliyev “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bildirilir ki, 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
Qeyd edək ki, sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də, 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət