Slimfit
  1. SİYASƏT

Prezident “Sosial xidmət haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib

Prezident “Sosial xidmət haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib
Sakura

Prezident “Sosial xidmət haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"Ens.Az" xəbər verir ki, dəyişikliyə əsasən, “Sosial xidmət haqqında” qanunun 17.1-ci maddəsindən “himayədar ailə” sözləri çıxarılıb.

Qeyd edək ki, Sosial xidmət müəssisələri barədə olan 17.1-ci maddədə deyilir: "Çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun sosial xidmətin göstərilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada sosial xidmət müəssisələri (ahıllar, əlilliyi olan şəxslər üçün internat evləri, psixonevroloji internat, insan alveri qurbanları üçün yardım mərkəzləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzləri, günərzi qayğı mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri, sosial-psixoloji yardım mərkəzləri, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirmə mərkəzləri, palliativ yardım mərkəzləri, hospislər, icma əsaslı reabilitasiya mərkəzləri, himayədar ailə, kiçik qrup evləri, müvəqqəti qayğı xidmətləri, sosial mağazalar və yeməkxanalar və digər müəssisə və xidmətlər) yaradılır və fəaliyyət göstərir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR