Dərc edildi: Baxış sayı: 487
Prezident sərəncam imzaladı - 2 milyon manat ayrıldı
Prezident İlham Əliyev martın 5-də "Ağstafa rayonunun Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Mənbə: xezerxeber.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət