Dərc edildi: Baxış sayı: 499
Prezident seçkilərinin müşahidəçiləri qaçırıldı
Əfqanıstanın Pərvan vilayətinin Şinvari ilçəsində seçki məntəqəsinin 8 müşahidəçisi qaçırılıb.
Publika.az xəbər verir ki, müşahidəçilər Taliban terrorçulatı tərəfindən girov götürülüb.
Pərvan valiliyinin mətbuat katibi Vahidə Şəkər mətbuata verdiyi açıqlamada müşahidəçilərin evlərinə geri qayıdarkən qaçırlıdığını deyib. Onların əvəzində pul tələb edilir.
Talibandan məsələ ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabrda olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət