Dərc edildi: Baxış sayı: 430
Prezident sakinlərlə görüşdə kredit fərmanından danışdı
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində problemli kreditlər ilə bağlı qəbul olunan fərmandan danışıb.
Azvision.az -ın məlumatına görə, dövlət başçısı bu istiqamətdə böyük işlərin görüldüyünü deyib.
Azvision.az -ın məlumatına görə, dövlət başçısı bu istiqamətdə böyük işlərin görüldüyünü deyib.
“Bu doğurdan da böyük işlərdir. Çünki, Azərbaycanda bu məsələ elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur. Bilirsiniz ki, bir çox ölkələrdə bu problem mövcuddur, ölkələr və ölkə rəhbərləri çalışırdılar ki, bu problemi həll etsinlər. Bəzi hallarda qərarlar qəbul edildi, ancaq icra edilmədi. Bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik. Bu qərar maksimum vətəndaşların maraqlarını nəzərə alan qərar oldu. Yüzminlərlə insan təxminən 800 minə yaxın insan bu fərmandan faydalanacaq”, - Prezident vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət