Prezident: "Pakistan Azərbaycanla əməkdaşlığın bütün sahələrdə inkişaf etməsini istəyir"
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb.
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı Pakistan Prezidenti iki ölkənin bütün əsas qlobal və regional məsələlər üzrə əməkdaşlıq etdiyini bildirib.
Onun sözlərinə görə, ölkələrin bütün beynəlxalq platformalarda bir-birini dəstəkləməsi qardaşlıq münasibətinin sübutudur.
Prezident söyləyib ki, Pakistan Azərbaycanla əməkdaşlığın bütün sahələrdə inkişaf etməsini istəyir.
A.Alvi həmçinin ölkələr arasında ticarət dövriyyəsinin artmasının vacibliyini qeyd edib.
Bundan əlavə, Pakistan Prezidenti terrorizm və radikalizmə qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət