Slimfit
  1. SİYASƏT

Prezident onların maaşını beşqat artırmaqla... – Deputat

Prezident onların maaşını beşqat artırmaqla... – Deputat
Sakura

Prezident onların maaşını beşqat artırmaqla... – Deputat

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı olduqca mühüm addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Prezidentin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi barədə sərəncamına münasibət bildirərkən deyib.

Paşayeva bildirib ki, bu, bir tərəfdən koronavirusla mübarizə aparan və fədakarlıq edən səhiyyə işçilərinə dövlətin misilsiz qayğısıdırsa, digər tərəfdən cənab Prezidentin bütövlükdə əhalinin təhlükəsizliyinə həssaslığının nümunəsidir:

“Bir müddət əvvəl mən koronavirus pandemiyasına qarşı mübarizənin ön cəbhəsində olan tibb işçilərinə təşəkkürümü bildirmiş və daim risk altında çalışan bu insanların əmək haqlarına əlavələrin verilməsi və ya maddi şəkildə mükafatlandırılması təşəbbüsü və təklifi ilə çıxış etmişdim. Bunu onların fədakar işində stimullaşdırıcı rol oynaya biləcəyini qeyd etmişdim. Ancaq Prezidentin bu sərəncamı bizim gözləntilərimizi qat-qat üstələdi. Koronavirusla mübarizə aparan səhiyyə işçilərinin maaşlarına əmək haqlarının 3-5 misli miqdarda müddətli əlavələr edilməsi barədə sərəncam bir tərəfdən tibb işçilərinin fədakarlığına verilən yüksək qiymətdirsə, digər tərəfdən əhalinin sağlamlığına qayğının təzahürüdür. Prezident bu addımla koronavirusa qarşı mübarizədə xüsusi mövqeyini və təhlükəsizlik məsələlərində necə həssas olduğunu bir daha nümayiş etdirdi və cənab Prezidentə buna görə xüsusi təşəkkürlərimi çatdırıram”.

Q.Paşayeva bildirib ki, bu sərəncam əhaliyə növbəti bir mesaj da olmalıdır:

“Əhalimiz də bu həssaslığı qiymətləndirməli və özlərini qorumalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi əməl etməlidirlər. İnsanlar bilməlidir ki, dövlət bütün təhlükələrdə onların yanındadır və addımların hamısı xalqımızın sağlamlığı, təhlükədən itkisiz xilas olmağımızla əlaqədardır. Əhalimiz də öz sağlamlıqlarına diqqəti artırmalı, tətbiq edilən qaydalara ciddi riayət etməlidir ki, dövlətimizin bizim səhhətimizlə bağlı atdığı addımların effektivliyi yüksəlsin”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR