Slimfit
  1. SİYASƏT

Prezident: "Müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir"

Prezident: "Müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir"
Sakura

Prezident: "Müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir"

"Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir".

"Report" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.

“Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar”, - deyə dövlət başçısı bildirib.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR