Dərc edildi: Baxış sayı: 486
Prezident koreyalı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Mun Ce-inə təbrik məktubu göndərib.
Publika.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah diləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət