Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2019-cu ildə də böyük uğurlar əldə etdi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2019-cu ildə də böyük uğurlar əldə etdi
Sakura

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2019-cu ildə də böyük uğurlar əldə etdi

 Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı müsahibəsində ölkəmizin 2019-cu ildə uğurlu inkişafı, Azərbaycanın daxili və xarici siyasəti, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və sosial inkişaf, enerji və nəqliyyat-tranzit layihələri, milli və dini tolerantlıq, həyata keçirilən islahatlar, parlament seçkiləri və müxalifətlə bağlı cəmiyyət həyatının bütün sahələri üzrə aktual məsələlərə münasibət bildirdi.

Bu fikri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, son illərdə dünyanın ictimai-siyasi, mədəni və idman həyatı ilə bağlı ən vacib hadisələrin təqvimində tez-tez Azərbaycanın adına rast gəlmək olar. Hər il Azərbaycan böyük siyasi, yaxud ictimai forumlara, musiqi festivallarına, idman tədbirlərinə ev sahibliyi edir. 2019-cu il də bu baxımdan istisna olmadı. Bakıda növbəti dəfə Formula 1 yarışları yüksək səviyyədə keçirildi, planetin gimnastika həyatının 2 əhəmiyyətli tədbiri – Bədii gimnastika üzrə 35-ci Avropa və 37-cin dünya çempionatları keçirildi. Paytaxtımız Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, dünya dini liderlərinin zirvə görüşlərinə ev sahibliyi etdi. Bütün bunlar müxtəlif millətlər və dinlər arasında dünya miqyasında sülh və anlaşmanın təmin edilməsinə yönəlmiş dialoqun dayanmadan aparıldığı ən əhəmiyyətli qlobal məkanlardan biri kimi Bakının statusunu möhkəmləndirdi. BMT-nin Baş katibinin dediyi kimi, Bakı cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır. Təsadüfi deyil ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqları görüş üçün başqa yer deyil, məhz Bakıya üstünlük verirlər.

Deputat qeyd edib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Regional güc mərkəzi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.

S.Fətəliyeva vurğulayıb ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bir daha münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyini bəyan etdi. Bu mövqe ondan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

“Dövlət başçısı müsahibəsində, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafı, həyata keçirilən islahatlar, o cümlədən kadr islahatları haqqında da fikirlərini bildirdi, eləcə də qarşıda duran vəzifələrdən bəhs etdi.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2019-cu ildə də böyük uğurlar əldə edib. Görülən işlər həm də onu deməyə əsas verir ki, bu uğurlar növbəti illərdə də davam edəcək”, - deyə deputat bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR