Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir
Sakura

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin. Sizin yüksək peşəkarlığınız, vətəndaş məsuliyyəti hissiniz və öz işinizə sədaqətiniz Azərbaycan Respublikasına inamla rəhbərlik etməyinizə imkan verir. Doğma diyara səmimi sevginiz və əməksevərliyiniz Sizə cəmiyyətdə hörmət və haqlı nüfuz qazandırıb. İnanıram ki, bu keyfiyyətləriniz sayəsində Siz öz vəzifənizdə mütləq daha böyük uğurlar əldə edəcəksiniz.

Bu əlamətdar gündə respublikanız, bütövlükdə Vətəniniz naminə mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə, yeni hədəflərə, nailiyyətlərə, qələbələrə gedən yolda Sizə səmimi qəlbdən uğurlar, nəzərdə tutduğunuz bütün planların həyata keçməsini arzu edirəm.

Sizə və ailənizə xoşbəxtlik və əmin-amanlıq diləyirəm".

XXX

Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanovdan

"Zati-aliləri, hörmətli Prezident. Sizi doğum gününüz münasibətilə təbrik edir, xoş günlər arzulayıram. Ümidvaram ki, Siz hələ bundan sonra uzun illər ölkənizin inkişafına töhfələr verəcəksiniz.

Bu xoş fürsətdən istifadə edərək, öz fəaliyyəti ilə dünya miqyasında getdikcə nüfuz qazanan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və ailə səadəti arzulayıram.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirəm".

XXX

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü Mladen İvaniçdən:

"Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Əminəm ki, xalqınız və ölkəniz üçün gördüyünüz möhtəşəm işləri uğurla davam etdirəcəksiniz.

Mən dünyada böyük nüfuz qazanmış və Sizin strategiyanıza sadiq olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndirirəm.

Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm".

XXX

Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti Vanq Çaodan:

"Zati-aliləri cənab Prezident. Xarici İşlər üzrə Çin Xalq İnstitutu adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm.

Çin xalqının dostu kimi Zati-aliniz Çin-Azərbaycan münasibətlərinin inkişafına daim sadiqliyini göstərib. Son iki ildə Xarici İşlər üzrə Çin Xalq İnstitutu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında sıx əməkdaşlığa verdiyiniz böyük dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. İnstitutumuz xalqlarımız arasında ənənəvi dostluq münasibətlərini daha da möhkəmləndirmək, dünyada sülh və tərəqqini təşviq etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birlikdə çalışmağa davam edəcəkdir.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə gələn ilin martında Azərbaycanda keçiriləcək VIII Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırır və Zati-alinizi Bakıda görəcəyimə ümidvaram.

Sizi qarşıdan gələn Yeni il münasibətilə də təbrik edirəm".

XXX

Gürcüstan parlamentinin deputatı Azər Süleymanovdan:

"Möhtərəm İlham Heydər oğlu. Azərbaycan ilə Gürcüstan arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq Ulu Öndərimizdən gələn siyasi-iqtisadi və mədəni əlaqələrimizin davamı kimi, Sizin yürütdüyünüz qardaşlıq və dostluq, yaxın qonşuluq siyasəti sayəsində soydaşlarımızın bugünkü həyatında mühüm dəyişikliklərə səbəb olmuşdur. Əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə qazandığı uğurlar sayəsində Qafqazın ən nüfuzlu lider dövlətinə çevrilib. İki qonşu dövlət arasında reallaşdırılmış böyük layihələr, geriyə dönüşü olmayan razılaşmalar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə Sizin qətiyyətinizə söykənərək, dostluq münasibətlərinin durmadan möhkəmlənməsinin etibarlı əsası olacaqdır.

Hörmətli cənab Prezident, Sizi Gürcüstanda yaşayan soydaşlarımız adından doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırıram. Həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də Sizə və ailənizə möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin çin olmasını arzulayıram. İnanırıq ki, yaxın zamanda Siz Azərbaycanımızın ərazi bütövlüyünü bərqərar edəcək, xalqımıza əbədi sülh, əmin-amanlıq və daha yüksək firavanlıq gətirəcəksiniz".

XXX

Çin İctimai Diplomatiya Assosiasiyasının prezidenti Vu Haylonqdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə Sizi Çin İctimai Diplomatiya Assosiasiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu ilin mart ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən VII Qlobal Forumunda iştirakımı və Sizin tərəfinizdən qəbul olunmağımı böyük məmnuniyyət hissi ilə xatırlayıram. Bu, Çin nümayəndə heyətinin həmin tədbirdə iştirakına Sizin böyük önəm verdiyinizin təsdiqidir. Sizinlə ölkələrimizin qarşılıqlı münasibətləri, “Bir kəmər, bir yol” təşəbbüsü və xalqlarımız arasında dostluq əlaqələri ilə bağlı geniş müzakirələr apardıq. Zati-alinizlə görüş məndə dərin və unudulmaz təəssüratlar yaratdı.

Cənab Prezident, ali diqqətinizə çatdırmaq istərdim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi prezidentlik səlahiyyətlərinə yenicə başladığım Çin İctimai Diplomatiya Assosiasiyası da daxil olmaqla bir çox qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri saxlayır. Əminəm ki, xalqlarımız arasında ünsiyyəti və mədəni əlaqələri inkişaf etdirməklə ölkələrimiz qarşılıqlı anlaşma və etimadı daha da möhkəmləndirəcək. Sizi əmin edirəm ki, mən Çin İctimai Diplomatiya Assosiasiyasının Prezidenti kimi xalqlarımız arasında dostluğun təşviqi və ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərimi əsirgəməyəcəm.

Zati-aliləri, mən səmimi qəlbdən inanıram ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə daha da xoşbəxt və firavan yaşayacaq. Çin-Azərbaycan dostluğunun əbədi olmasını arzulayıram".

XXX

Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkelaşvilidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi böyük məmnuniyyətlə təbrik edirəm. Öz ölkənizə ləyaqətlə xidmət etməyiniz, dünyada sülhün, sabitliyin və tərəqqinin möhkəmlənməsi, mədəni irsin qorunub saxlanılması və ətraf mühitin mühafizəsi fəaliyyətində liderliyiniz bizim hamımız üçün ilham mənbəyidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstək bu təşkilatın təşəbbüslərinin beynəlxalq səviyyədə yayılmasında, eləcə də Azərbaycanın dünyanın liderləri arasında aktual qlobal çağırışlarla bağlı strateji müzakirələrin aparılması üçün koordinasiya mərkəzi kimi çıxış etməsində həlledici rol oynayır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə isə sülh və rifah arzulayıram".

XXX

Yunanıstan parlamentinin “Yeni demokratiya” partiyasından olan üzvü Dora Bakoyannisdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayır, ali dövləti vəzifənizin həyata keçirilməsində uğurlar diləyirəm.

Siz Prezident seçiləndən indiyədək ölkənizdə sabitliyin və rifahın qorunub saxlanılmasına müvəffəq olmusunuz. Azərbaycan xalqının Sizə və hökumətinizə böyük dəstəyi və etimadı bunu bir daha təsdiq edir. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycanda firavanlıq, inkişaf və demokratik idarəçiliyin yeni mərhələsi də rəğbətlə qarşılanacaqdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2020-ci ilin martında keçiriləcək VIII Qlobal Bakı Forumunda Zati-alinizlə görüşməyi səbirsizliklə gözləyirəm.

Hörmətli Prezident və əziz dostum, bu xoş fürsətdən istifadə edib Sizə Yeni il münasibətilə xoşbəxtlik və firavanlıq arzulayıram".

XXX

Albaniyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Buyar Nişanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Sizi ad gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram.

Doğum gününüzü qeyd edərkən Sizə ölkənizin və ailənizin rifahı üçün həyatınızın tükənməz enerji, hikmət, iltifat ilə dolu olmasını arzulayır, Zati-alinizə cansağlığı diləyirəm.

Cənab Prezident, artıq dünyada nüfuzlu təşkilata çevrilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm".

XXX

Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidzedən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu,

İcazə verin, doğum gününüz münasibətilə Sizi təbrik edim, Azərbaycanın rifahı naminə fəaliyyətinizdə böyük uğurlar və qələbələr arzulayım.

Sizin ailənizə də böyük ehtiramla bol sevinc, cansağlığı, xoşbəxtlik arzu etmək istəyirəm.

Sizin Prezidentliyiniz dövründə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində işləmək mənim üçün böyük şərəf idi. Dövlətlərimiz arasında yaranmış və indi də inkişaf etməkdə olan səmərəli əməkdaşlığı qürur hissi ilə xatırlayıram.

İcazənizlə vurğulayım ki, məhz Sizin rəhbərliyinizlə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı bütün sahələrdə yeni, pozitiv məcrada inkişaf edib və bu tərəfdaşlığın xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminəm.

Sizi bir daha təbrik edir və ən xoş arzularımı çatdırıram".

XXX

Xorvatiyanın sabiq Baş naziri Yadranka Kosordan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə cansağlığı, xoş əhval-ruhiyyə və ölkənizin rifahı üçün ən səmimi arzularımı çatdırıram.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi 2020-ci ilin mart ayında Bakıda təkrarən Sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm. Bu, yaşadığımız dünyanın mövcud problemləri və üzləşdiyimiz çağırışları açıq şəkildə müzakirə etməyimiz üçün bizə - sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarına yeni bir imkan açacaqdır. Əvvəlki üç ildə keçirilən tədbirlərlə bağlı təcrübəm onu deməyə əsas verir ki, burada səmərəli müzakirələr aparılır və tədbir iştirakçıları tərəfindən daim konstruktiv təkliflər irəli sürülür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada təşkil etdiyi çoxsaylı görüşlər iştirakçılarla daha yaxından tanış olmaq, həmçinin insanlar və xalqlar arasında daim yeni dostluq əlaqələri qurmaq baxımından çox gözəl bir fürsətdir.

Zati-aliləri, bizi anlaşma, tolerantlıq və təhsil ideyaları ətrafında birləşdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə öz minnətdarlığımı bildirirəm. Cənab Prezident, bizi bir araya toplayan və irəliyə aparan hərəkətverici qüvvə katibliyimizin gənc və bacarıqlı əməkdaşlarıdır. Onlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri üçün yaxşı dost və bir ailənin üzvü kimidirlər, burada hər kəs bir-birinin qayğısına qalır. Buna görə də biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dostlarımızın qarşılıqlı dəstəyinin mövcud olduğu ümumi evimiz hesab edirik. Bizə belə bir imkan yaratdığınız üçün Sizə təşəkkür edirəm.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, bütün arzularınızın həyata keçməsini diləyirəm. Həmçinin fürsətdən istifadə edib, 2020-ci ilin Sizin üçün xoş və uğurlu keçməsini arzulayıram.

Sizinlə tezliklə Azərbaycanda görüşmək ümidindəyəm".

XXX

Türkiyə Böyük Millət Məclisinin İstanbuldan deputatı Şamil Ayrımdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə ailənizlə birgə cansağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm. Zati-alinizin humanist, müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada öz mövqeyini gündən-günə gücləndirməkdədir.

Möhtərəm cənab Prezident, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə və Azərbaycan arasındakı irimiqyaslı layihələrin həyata keçirilməsini təmin etdiyinizə görə Sizə təşəkkür edirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR