Dərc edildi: Baxış sayı: 452
Prezident İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu Rebelu di Souzamı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Ens.az APA-ya istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim rifah diləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət