Prezident İlham Əliyev Oman və Latviya dövlət başçılarını təbrik edib
Prezident İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə də təbrik məktubu ünvanlayıb:
"Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Mənbə: Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət