Dərc edildi: Baxış sayı: 509
Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihə təbrik məktubu ünvanlayıb.
"Report"un xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət