Dərc edildi: Baxış sayı: 553
Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Jüli Peyetə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli xanım General-Qubernator, ölkənizin milli bayramı – Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada əlaqələri, ölkələrimiz arasındakı dostuq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət