Prezident İlham Əliyev Füzuli sakinlərini vətənlərinə qayıtmaları münasibətilə təbrik edib
"İlk növbədə, sizi təbrik edirəm, öz vətəninizə xoş gəlmisiniz. Otuz il Vətən həsrəti ilə yaşamış insanlar artıq öz dədə-baba torpağına qayıdıblar və burada yaşayırlar. Beş gün bundan əvvəl birinci qrup Füzuli sakinləri Füzulidə yerləşdi, gözəl evlərdə yerləşdi və bundan sonra burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz".
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu sözləri Prezident İlham Əliyev avqustun 23-də Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşündə deyib.
"Mən bu gün əziz qardaşım Şavkat Miromonoviç ilə birlikdə sizinlə görüşə gəlmişəm. Bildiyiniz kimi, hörmətli Prezidentin əmri ilə Füzulidə Mirzə Uluqbəyin adını daşıyan gözəl məktəb inşa edildi. Sizin uşaqlarınız, nəvələriniz artıq sentyabrın 15-dən başlayaraq bu məktəbdə oxuyacaqlar. Bu gözəl hədiyyəyə görə sizin adınızdan əziz qardaşıma bir daha təşəkkür edirəm. Sizi bir daha ürəkdən təbrik edirəm. Burada rahat, xoşbəxt yaşayın!", - dövlət başçısı bildirib.
Qeyd edək ki, avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət