Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev: “Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik”

Prezident İlham Əliyev: “Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik”
Sakura

Prezident İlham Əliyev: “Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik”

“Ölkəmizdə sənaye istehsalı artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda sənaye artır. Deyə bilərəm ki, pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq və hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz səviyyəsindədir, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb”. Bu gün “Qobu” Elektrik Stansiyasının təməlqoyma mərasimində energetiklərlə görüşündə Prezident İlham Əliyev belə deyib. Dövlətimizin başçısı həmçinin neftin qiymətinin aşağı düşməsinin də nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik”.

Prezident İlham Əliyev bu gün dünyanın ən böyük enerji şirkətlərinin Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərməsinin sevindirici hal olduğunu bildirib: “Artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək. Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür. Onu da bildirməliyəm ki, hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışıqlar aparır. Biz bu şirkətlərlə bərpaolunan yeni Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqları apararkən hesab edirik ki, istədiyimizə nail olacağıq və xarici investisiyalar bu sahəyə daha böyük həcmdə gələcəkdir”.

Dövlətimizin başçısı görüş zamanı yerli və xarici şirkətlərə çağırış da edib: “Yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər”.

 

Mənbə: Spacetv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR