Slimfit
  1. AZƏRBAYCAN

Prezident İlham Əliyev: "Azərbaycan Zimbabve ilə münasibətlərini inkişaf etdirmək istəyir"

Prezident İlham Əliyev: "Azərbaycan Zimbabve ilə münasibətlərini inkişaf etdirmək istəyir"
Sakura

Prezident İlham Əliyev: "Azərbaycan Zimbabve ilə münasibətlərini inkişaf etdirmək istəyir"

 "Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevyanvarın 19-da Bakıda səfərdə olan Zimbabve Prezidenti Emmerson Mnanqaqva ilə görüşündə deyib. 

"Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz", - Azərbaycan Prezidenti vurğulayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR