Slimfit
  1. SİYASƏT

Prezident İlham Əliyev: “Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar”

Prezident İlham Əliyev: “Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar”
Sakura

Prezident İlham Əliyev: “Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait…

 

“Əgər bizim kredit reytinqimiz yüksək olmasa idi, biznes mühitinə görə Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınmasaydı, xarici investorlar vəsait qoymazdılar”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

“Mən o böyük şirkətlərin rəhbərləri ilə görüşərkən onu da yəqin etdim ki, bu qərarın əsas səbəbi ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq və Azərbaycanın uzunmüddətli inkişafına investorların inamıdır. Bunlar çox böyük layihələrdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib. 

Dövlət başçısı bildirb ki, iki elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş: “Bu iki stansiyanın ümumi generasiya gücü 440 meqavat səviyyəsindədir, çox böyük stansiyalardır. Təqribən, 400 milyon dollara qədər xarici sərmayə qoyuluşu nəzərdə tutulur. Ona görə əminəm ki, bundan sonra digər investorlar da maraq göstərəcəklər. Deyə bilərəm ki, bu layihəni icra etmək üçün bizə dünyanın 9 aparıcı şirkətindən müraciətlər daxil olmuşdur. Artıq, əgər belə demək mümkündürsə, kənarda qalmış şirkətlərlə də fərdi qaydada iş aparılır, onlar üçün yeni təkliflər hazırlanır. Əminəm ki, bərpaolunan enerji növlərinin ümumi generasiya gücümüzdəki payı getdikcə artacaq və artmalıdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR